Prokuror 65 yaşlı qadını vurub öldürən sürücüyə cəza istəyib  

Gündəm 19 Yanvar 2017 11:26 Oxunub 1014
Prokuror 65 yaşlı qadını vurub öldürən sürücüyə cəza istəyib   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Proses yanvarın 24-də davam etdiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elgün İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror E. İbrahimova 6 illik həbs cəzası istəyib.

Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Tarif Nəsirov müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Proses yanvarın 24-də davam etdiriləcək.

 

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da saat 20 radələrində Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Elgün İbrahimov idarə etdiyi "Opel" markalı avtomobillə 65 yaşlı qadını vurub. Nəticədə həmin şəxs hadisə yerində ölüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh