Cəriməni ödəməyən sürücüləri kameralar aşkarlayacaq

Yazarlar 12 Oktyabr 2014 01:58 Oxunub 1716
Cəriməni ödəməyən sürücüləri kameralar aşkarlayacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ödənməmiş cəriməsi olan maşınları dayanacaqdan çıxarmaq mümkün olmayacaq

Sürücülərin cəriməni ödəməməsi problemi təkcə Azərbaycanda deyil, elə qonşu Rusiyada da var. Artıq Rusiyada bu problemi həll etmək üçün yeni üsul tətbiq olunur. Avtosfer.az-ın məlumatına görə, avtomobil dayanacaqlarında quraşdırılan xüsusi kameralar maşınların nömrələrini bir-bir oxuyacaq. Ödənməmiş cəriməsi olan avtomobil aşkar olunduqda bu barədə dərhal dayanacaq nəzarətçilərinə məlumat ötürüləcək. Bundan sonra isə sürücü istəsə belə avtomobili dayanacaqdan çıxara bilməyəcək. Bunun üçün əvvəlcə cəriməni ödəyib, qəbzi dayanacaq nəzarətçilərinə təqdim etmək lazım gələcək.

 

Nurlan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh