Çarter reysləri və turpaketlərlə bağlı TƏKLİF

Yeniliklər 19 Yanvar 2017 11:45 Oxunub 1219
Çarter reysləri və turpaketlərlə bağlı TƏKLİF
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan və Özbəkistan arasında

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İspaniyanın Madrid şəhərinə səfəri çərçivəsində “Fitur-2017” turizm sərgisində olub, Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin rəhbəri Ənvər Şarapovla görüşüb.

Avtosfer.az xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin birgə turist paketlərinin hazırlanması, çarter reyslərinin açılması, qarşılıqlı turist axınının stimullaşdırılması ilə bağlı maraqlı təkliflər səsləndirilib.

 

Görüşdə Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov, Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri Nahid Bağırov da iştirak ediblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh