Bütün sərnişin avtobusları tam nəzarətə götürülüb - Bakıda

Gündəm 19 Yanvar 2017 12:10 Oxunub 1059
Bütün sərnişin avtobusları tam nəzarətə götürülüb - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər bir avtobusunda GPS sistemi quraşdırılıb

Bakıda sərnişinlərə xidmət göstərən bütün sərnişin avtobuslarında GPS sistemi quraşdırılıb. Yeni sistemin sayəsində Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda hərəkət edən bütün sərnişin avtobuslarına tam nəzarət edir.

Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında BNA-nın ictimai əlaqələr və maarifləndirmə şöbəsinin rəhbəri Mais Ağayev bildirib.

"Hazırda bu sistem də sınaqdan keçirilir. Artıq heç bir sürücü və ya sahibkar heç bir şəkildə avtobusda quraşdırılmış GPS sisteminə kənardan müdaxilə edə bilməyəcək", - deyə M. Ağayev əlavə edib.

Onun sözlərinə görə, artıq sərnişinlər dayanacaqda gözlədikləri avtobusların nə zaman gələcəyini görə biləcəklər: "Məsələn, hazırda siz olduğunuz dayanacaqdakı monitorda ancaq həmin yoldan keçən avtobusları görə bilirsiniz. Yeni proqram sayəsində isə yaxın yollardan keçən avtobusları da görə bilərsiniz.  BNA bu proqram çərçivəsində Nəqliyyatı İntellektual İdaretmə Mərkəzinin (NİİM) fəaliyyətini yüksək səviyyədə təşkil etməyi qarşısına məqsəd qoyub. Çalışırıq ki, əhali, şəhərə gələn turistlər bu sistemin xidmətindən lazımı səviyyədə istifadə edə bilsinlər".

 

Qeyd edək ki, BNA GPS sisteminin quraşdırılmasından sonra, növbəti mərhələdə dayanacaqlardakı texniki nasazlığı olan elektron məlumat lövhələrini müəyyən edərək, yaranan çətinlikləri aradan qaldırmağa başlayıb. Bu proses hazırda da davam edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh