Bakıda sürücülər üçün xoş xəbər - FOTO

Yeniliklər 25 Sentyabr 2014 19:39 Oxunub 1563
Bakıda sürücülər üçün xoş xəbər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəqliyyat axını ilə bağlı situasiyanın yaxşılaşdırılması ilə bağlı işlər aparılır

Bakı-Şamaxı-Yevlax yolunun Sulutəpə-Biləcəri hissəsində nəqliyyat axını ilə bağlı situasiyanın yaxşılaşdırılması ilə bağlı işlər aparılır. Nəticələr artıq var, avtomobil yolu 8 hərəkət zolağına qədər genişləndirilib. Avtosferi.az day.az-a istinadən bildirir ki, layihəyə uyğun olaraq, yeni yolun uzunluğu 1500 metr, eni 34 metr, bölgü xəttinin uzunluğu isə 1 metrdir. Burada işıqlandırma sistemi və avtobus dayanacağının da quraşdırılacağı deyilir. Di gəl, yeniliklərin nə zaman gerçəkləşəcəyini kimsə bilmir. Yol genişlənəndən sonra Sulutəpə-Biləcəri hissəsindəki axın xeyli seyrələcək. Yolun Sulutəpə-Biləcəri hissəsinin sonunda dairəvi hərəkətli qovşaq da inşa olunur. İndiyədək yolun bu hissəsini qət etmək çox çətindi: sürücülər qaydaları kobud şəkildə pozur, bir-birlərinə yol vermirdilər. Qəzaların sayı da az deyildi. Davirəvi qovşaq inşa olunandan və müvafiq yol nişanları qoyulandan sonra problemin olmayacağı bildirilir.

İşləri 5-10 günə başa çatdırmaq nəzərdə tutulub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh