Qızını özü ilə məktəbə apardı: direktor və 3 müəllim zorladı

Gündəm 19 Yanvar 2017 19:00 Oxunub 7528
Qızını özü ilə məktəbə apardı: direktor və 3 müəllim zorladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dərhal xəstəxanaya çatdırılan 12 yaşlı qızın vəziyyəti ağır qiymətləndirilir

Hindistanın Cəhanabad rayonunun Kako qəsəbəsində əqli qüsurlu 12 yaşlı qıza Aju Əhməd adlı məktəb müdiri və üç müəllim eyni vaxtda təcavüz edib. Avtosfer.az a24.az-a istinadən xəbər verir ki, Rajkiya Madhya Vidyalaya adlı eyni məktəbdə bədən tərbiyəsi müəllimi işləyən qadın qüsurlu uşağına baxacaq başqa heç kim olmadığı üçün onu özü ilə birgə məktəbə gətirib.

“Indian Express”ə açıqlama verən qızın anası: “O, mənim tək uşağımdır və fiziki qüsurludur. Evdə ona baxacaq heç kim olmadığı üçün onu özümlə məktəbə gətirdim” deyib.

 

KİÇİK QIZI MƏKTƏBİN DAMINA ÇIXARIBLAR

Polis əməkdaşı baş verən zorlama faktı barədə danışarkən bildirib ki, müdir Aju Əhməd və digər 3 müəllim 12 yaşlı qızı məktəbin damına çıxarıblar və orada təcavüz ediblər. Daha sonra ana qızını damda huşsuz və paltarları cırılmış vəziyyətdə tapıb. Hadisədən sonra direktor və həmin 3 müəllim qəsəbədən qaçıb və polis onlar barəsində axtarış elan edib. Dərhal xəstəxanaya çatdırılan 12 yaşlı qızın vəziyyəti ağır qiymətləndirilir. Qızın anası ədalətin tezliklə bəra ediləcəyinə ümid etdiyini bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh