Kamil polisə çağırılmasından danışdı - “Həyat davam edir...”

Gündəm 19 Yanvar 2017 12:14 Oxunub 1935
Kamil polisə çağırılmasından danışdı - “Həyat davam edir...”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"İnstaqram səhifəmi bağladım. Çünki fikirlərim bir az qarışıqdır"

Qalmaqallı idmançı Kamil Zeynallı polis şöbəsinə çağırılmasına münasibət bildirib. Avtosfer.az criminal.az-a istinadən xəbər verir ki, o, teleqraf.com-a açıqlamasında məsələ ilə vəkilinin məşğul olduğunu qeyd edib:

"Vəkilim məlumat verəcək. O haqda danışmaq istəmirəm. Hər şey qaydasındadır. Həyat davam edir. Öz işimlə məşğulam".

Kamil instagram hesabını bağlamasına belə aydınlıq gətirib: "İnstaqram səhifəmi bağladım. Çünki fikirlərim bir az qarışıqdır".

 

Qeyd edək ki, K.Zeynallı instaqram hesabında jurnalisti təhqir etdiyi üçün polisə çağırılmışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh