Dizel avtomobillərinə sərt QADAĞA

Avtoxəbər 19 Yanvar 2017 12:14 Oxunub 4248
Dizel avtomobillərinə sərt QADAĞA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaxın 8 il ərzində bir çox Avropa şəhərləri də bu qadağaya qoşulacaq

Norveçin paytaxtı Osloda havanın çirklənməsinin artması nəticəsində dizel yanacağı ilə işləyən avtomobillərin sürücülərinə nəqliyyatın hərəkətinin sıx olduğu yollara girmək qadağan edilib. Müəyyən edilib ki, dizel yanacağı ilə işləyən avtomobillər digər nəqliyyat vasitələrilə müqayisədə havanı 10 dəfə çox çirkləndirirmiş.

Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, qüvvəyə minən qadağanın nə qədər davam edəcəyinə tam olaraq qərar verilməyib. Artıq yoxlamalara başlayan yol polisləri avtomobil sahiblərinə qadağa ilə bağlı xəbərdarlıqlar da edib. Qadağanın qüvvəyə minməsindən sonra yola çıxan dizel yanacaqlı avtomobil sürücüləri 1.500 Norveç kronu (290 dollar) cərimə ödəyəcək. Paris, Mexiko, Madrid və Afinada da 2025-ci ilə qədər dizel avtomobillərinin tamamilə qadağan ediləcəyi bildirilir.

Norveç Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, havanın çirklənməsi Osloda hər il 185 körpənin doğuşdan qabaq ölümünə gətirib çıxarır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh