Yol polisini öldürən avtobus sürücüsünün məhkəməsi başlayıb

Yol polisi 19 Yanvar 2017 12:15 Oxunub 1502
Yol polisini öldürən avtobus sürücüsünün məhkəməsi başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmə baxışı yanvarın 27-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şəmsəddin Nəcəfovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı yanvarın 27-nə təyin edilib.

Qeyd edək ki, ötən il iyunun 26-da saat 21 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində Ramil Tahirovun idarə etdiyi “Hyundai” markalı və şəhər sakini Şəmsəddin Nəcəfovun 3 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtomobillər toqquşub. Nəticədə R.Tahirov və sərnişinlərindən Əzizə Əzimova hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

 

Qəza nəticəsində dünyasını dəyişən sürücü polis əməkdaşı Ramin Tahirovdur. O, Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsində işləyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh