Vyetnamla Azərbaycan arasında aviareyslər açıla bilər

Gündəm 19 Yanvar 2017 12:17 Oxunub 1056
Vyetnamla Azərbaycan arasında aviareyslər açıla bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vyetnam prezidenti iki ölkə arasında birbaşa aviareyslərin açılması məsələsinə baxılmasının da lazım olduğunu deyib

Vyetnam arzu edir ki, Azərbaycan Vyetnam Dövlət Neft-qaz Şirkətinə ölkədə mövcud olan çox sayda neft-qaz yataqlarının işlənməsi ilə bağlı köməyini davam etdirsin.

Avtosfer.az trend-ə istinadən məlumat verir ki, bunu Vyetnam prezidenti Çan Day Kuanq Azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşündə deyib.

Vyetnam prezidenti həmçinin əlavə edib ki, Azərbaycan məhsullarının bu ölkəyə gətirilməsi üçün əlverişli şərait təqdim etməyə hazırdır.

Ç.D.Kuanq bildirib ki, iki ölkə arasında mal dövriyyəsinin artırılması üçün Vyetnam balıq, elektronika və kompüter məhsullarını Azərbaycana ixrac etməyə hazırdır.

 

Vyetnam prezidenti, eyni zamanda turizm, mədəniyyət, təhsil kimi sahələrdə də əlaqələrin genişləndirilməsinin vacib olduğunu, iki ölkə arasında birbaşa aviareyslərin açılması məsələsinə baxılmasının da lazım olduğunu deyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh