Məhbusları aparan avtobuslar yandırıldı

Gündəm 19 Yanvar 2017 12:17 Oxunub 1162
Məhbusları aparan avtobuslar yandırıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Braziliya həbsxanalarında böhran vəziyyət davam edir

Braziliyanın Natal şəhərində məhbusları aparan azı 15 avtobus, mikroavtobus və digər avtomobillər quldurlar tərəfindən yandırılıb. Son həftələrdə həbsxanalarda baş qaldıran qiyamlardan sonra yerli rəhbərlik bəzi məhbusların bir həbsxanadan başqa bir cəzaçəkmə müəssisəsinə köçürülməsinə qərar vermişdi.

Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, həmin qiyamların birində Natal həbsxanasında 26 məhbus öldürülmüş, onlardan 15-nin isə başı kəsilmişdi. Qiyama səbəb isə həbsxanada dustaqlar arasında liderlik etməyə çalışan iki mafiya üzvlərinin üz-üzə gəlməsi olmuşdu. Qruplardan biri öz rəqiblərinin olduğu sektora hücum çəkmiş, bundan sonra isə kütləvi dava baş vermişdi.

"Folha de Sao Paulo" portalının yazdığına görə, hökumət strukturlarının olduğu 3 avtobus elə yolda yandırılıb. Digər 12 avtomobillərə isə məxsus olduqları şirkətin qarajında od vurulub. Hazırda rəsmilər köçürülməsi nəzərdə tutulan 220 məhbusla yandırılan avtobuslar arasındakı əlaqəni araşdırır.

 

Bundan əvvəl ölkə prezidenti Mişel Temer həbsxanaların yükünün azaldılması üçün 30 yeni cəzaçəkmə müəssisələrin tikiləcəyi barədə açıqlama vermişdi. Bu işə isə 300 mln. dollardan çox vəsaitin ayrılacağı deyilir. Onlardan beşi xüsusi təhlükəsizlik sistemləri ilə fərqlənəcək. Həmin həbsxanalara məhz daha təhlükəli məhbuslar yerləşdiriləcək. Bu hələlik Braziliya penitensiar sistemində yaranmış böhranın yeganə həlli kimi görünür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh