Bakıda dəhşətli qəza; iki nəfərin başı parçalandı - FOTOLAR

Qəzalar 25 Sentyabr 2014 19:53 Oxunub 2061
Bakıda dəhşətli qəza; iki nəfərin başı parçalandı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nobel prospektində bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib

Bu gün saat 19:30 radələrində Bakının Nobel prospektində dəhşətli qəza baş verib. «Socar» yanacaqdoldurma məntəqəsinin yaxınlığında üzü şəhər istiqamətinə yüksək sürətlə hərəkət edən «Opel» markalı minik maşını «Qazel»ə çırpılaraq əks yola çıxıb. Havada bir neçə dəfə dövrə vuran «Opel» qarşı yolda hərəkət edən «VAZ-2107» markalı avtomobilin üstünə düşüb və arxası üstə aşıb.

Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, «07»də olan iki nəfərin başı parça-parça olub. Bir neçə nəfərin öldüyü, ağır yaralıların olduğu bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri və təcili yardım maşınları gəlib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. «Opel»in sürücüsü Hərbi Dəniz Qüvvələrinin mayor rütbəli əməkdaşıdır.

Avtosfer.az hadisə yerindən çəkilən fotoları təqdim edir.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh