Şumaxerin keçmiş meneceri: “Artıq həqiqətləri danışmağın vaxtıdır…”

Yarışma 19 Yanvar 2017 20:30 Oxunub 3318
Şumaxerin keçmiş meneceri: “Artıq həqiqətləri danışmağın vaxtıdır…”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"İnsanlara yalan söyləyirlər"

2 ildir reabilitasiyası davam etdirilən alman pilot haqqında yeni məlumat var. Avtosfer.az a24.az-a istinadən xəbər verir ki, Alp dağlarında 2013-cü ildə keçirdiyi bədbəxt qəzanın ardınca ağır yaralanan və 3 ilə yaxındır ki, yatağa bağlı qalan əfsanəvi pilotun sağlamlığı ilə bağlı çoxlu söz-söhbətlər gəzir. Bəziləri hətta onun öldüyünü belə iddia edir.

 

Son olaraq isə pilotun keçmiş meneceri Villi Veber Şumaxerin ailəsini və indiki meneceri Sabine Kehmi insanlara yalan söyləməkdə ittiham edib: “İnsanlara yalan söyləyirlər. Artıq heyranlarına həqiqəti söyləməyin zamanıdır. Şumaxerin ailəsi həqiqətləri anlatmır. Bir divar çəkiblər və mənim məsləhətlərimi də dinləmirlər. Hər şeyə qarşı ümidini itirməmək lazımdır. Evdə telefon zəng çalanda Şuminin arayacağını, mənə”necəsən?” deyəcəyini xəyal edirəm”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh