Etibarnamə ilə avtomobil almaq təhlükəlidir - İZLƏYİN! - VİDEO

Avtoxəbər 20 Yanvar 2017 00:11 Oxunub 3274
Etibarnamə ilə avtomobil almaq təhlükəlidir - İZLƏYİN! - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Abşeron sakinin etibarnamə ilə aldığı avtomobil başına iş açıb

Abşeron rayonu Məhəmmədli qəsəbəsində yaşayan Elburus Cəfərov 2007-ci ildə baş etibarnamə ilə minik avtomobili alıb. Bu müddət ərzində də öz adına qeydiyyata saldırmayıb. Bir müddət əvvəl isə yol polisi əməkdaşları Elburus Cəfərovun avtomobilini saxlayaraq üzərinə həbs qoyulduğunu bildiriblər. Avtomobilin əvvəlki sahibi ilə əlaqə saxladıqda isə o, yaxın müddətdə həmin borcu ödəyə bilməyəcəyini deyib. İndi Elburus Cəfərov maşının üzərindən həbsi götürtmək və avtombili öz adına qeydiyyata saldırmaq istəyir.

Bənzər alış-satışlarda etibarnamədən mümkün qədər uzaq durmağı məsləhət görən hüquqşünaslar isə bildirir ki, belə olanda avtomobilin üzərinə qoyulan həbs yalnız banka olan borc ödənildikdən sonra götürülə bilər.

Lakin Elburus Cəfərov yenidən məhkəmədə iddia qaldıra və maşına qoyulan həbsin götürülməsini tələb edə bilər. Bunun üçün avtomobilin 10 il ərzində onda olduğuna və bütün servis xərclərini də özü çəkdiyinə dair sübutlar tapmalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh