“VAZ” elektrik dirəyə çırpıldı - Sürücü öldü

Qəzalar 20 Yanvar 2017 01:28 Oxunub 1411
“VAZ” elektrik dirəyə çırpıldı - Sürücü öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
FHN əməkdaşları 23 yaşlı sürücünün cəsədini maşından çıxarıb

İsmayıllı-Bakı yolunun 4-cü kilometrliyində, İsmayıllı rayonu ərazisində “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yol qəzası baş verib. Avtosfer.az FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1994-cü il təvəllüdlü Şəmiyev Sənan Azər oğlunun cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. 

APA-nın xəbərinə görə isə İsmayıllı rayonu Diyallı kənd sakini 1994-cü il təvəllüdlü Nuğayev Seyran Bəhmən oğlu idarə etdiyi 31-BE-525 dövlət nömrə nişanlı “VAZ 21015” markalı minik avtomobili sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Hadisə zamanı avtomobildə olan sərnişin, İsmayıllı rayonu Diyallı kənd sakini, 1994-cü il təvəllüdlü Şəmiyev Sənan Azər oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, Seyran Nuğayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.  

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh