Tramp prezident təyyarəsi ilə paytaxta uçdu

Gündəm 20 Yanvar 2017 02:36 Oxunub 1201
Tramp prezident təyyarəsi ilə paytaxta uçdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prezident təyyarəsi ənənəvi olaraq Sent Endryus hərbi bazada eniş edib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp həyat yoldaşı Melanya ilə birlikdə prezident təyyarəsi ilə Nyu-Yorkdan Vaşinqtona gedib. Bu barədə APA CNN-ə istinadən xəbər verir. 

Qeyd edək ki, yanvarın 20-də Vaşinqtonda ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcək. Prezident təyyarəsi ənənəvi olaraq Sent Endryus hərbi bazada eniş edib. ABŞ-ın yeni seçilmiş prezidenti bu vaxtadək səfərlərini üzərində “Tramp” yazılmış təyyarə ilə həyata keçirib.    

ŞƏRH YAZ
Ad

E-mail

Şərh