Paytaxtdan qəsəbələrə hərəkət məhdudlaşdırıldı

Gündəm 10 Oktyabr 2014 14:19 Oxunub 1404
Paytaxtdan qəsəbələrə hərəkət məhdudlaşdırıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Buzovna, Mərdəkan, Şüvəlan, Qala, Zabrat, Maştağa istiqamətlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub

Oktyabrın 9-u axşam saatlarından etibarən Bakıdan paytaxtın bir sıra qəsəbələrinə və əks istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov məlumat verib. O bildirib ki, axşam saat 20:30-dan etibarən təmir-quraşdırma işləri tam başa çatanadək Bakıda metronun “Koroğlu” stansiyasından keçməklə Buzovna, Mərdəkan, Şüvəlan, Qala, Zabrat, Maştağa istiqamətlərində, oktyabrın 10-da isə əks itiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinin nəzərinə çatdırılır ki, Olimpiya stadionu ilə üzbəüz hissədə yeni informasiya lövhəsinin quraşdırılması ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq, istiqamət dəyişdiriləcək: "Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sıxlığın, tıxacların yaranmaması üçün həmin istiqamətlər üzrə hərəkət edən sürücülərdən xahiş edir ki, alternativ yol kimi Aeroport-Hövsan beton yolundan istifadə etsinlər".

Onun sözlərinə görə, quraşdırılan informasiya lövhələri böyük əhəmiyyət daşıyır və sürücülərin rahatlığının təmin edilməsi üçündür: "Adıçəkilən istiqamətlərdə hərəkətin məhdudiyyəti informasiya lövhəsinin quraşdırılması işləri başa çatanadək davam edəcək".

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh