Yol polisinin şəklini feysbokda yayan gənci şöbəyə aparıb - Bu hala saldılar - FOTO

Xəbərlər 20 Yanvar 2017 11:25 Oxunub 10403
Yol polisinin şəklini feysbokda yayan gənci şöbəyə aparıb  - Bu hala saldılar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəmsi Həmidov internetdə yersiz paylaşımlar etdiyi üçün polisə gətirilib

Dünən Göyçay rayonunda polisə aparılan 17 yaşlı yeniyetmə orda işgəncələrə məruz qaldığını deyir. Avtosfer.az xəbər verir ki, bu barədə criminal.az-a daxil olan məlumata görə, dünən saat 17 radələrində bir nəfər mülki geyimli şəxs idarə etdiyi ''VAZ-2106'' markalı avtomobillə Potu kənd ərazisində 17 yaşlı Şəmsi Həmidova yaxınlaşaraq onunla polis şöbəsinə getməyi tələb edib. Ş.Həmidov mülki geyimli şəxslə birlikdə Göyçay Rayon Polis Şöbəsinə gedib. Onu 3-cü mərtəbədə bir kabinetə salıblar. Həmin vaxt Şəmsini 8 nəfər polis əməkdaşı ən pis nalayiq söyüşlərlə söyüb təhqir etməklə yanaşı, vəhşicəsinə döyüblər.

Ona bildiriblər ki, sən “Goycay cars officional.pg” səhifsində DYP avtomobilinin şəklini yaymısan. Səhifənin parolu tələb olunub. Ş.Həmidov əvvəlcə mobil telefonunu, daha sonra isə həmin səhifənin parolunu polis əməkdaşlarına verməyə məcbur qalıb. Daha sonra telefonda olan şəkillərə baxış keçirən polislər serjant ''liçka''sına xas fotonu gördükdən sonra Şəmsi ilə daha sərt davranaraq onu təkrar döyməyə başlayıblar. Ona bildiriblər ki, gecə saat 12-yə qədər burada qalsan bu gecə sənə toy edəcəyik. Daha sonra dilə gətirilməsi mümkün olmayan söyüş və təhdidlərlə onu özündən gedənə qədər döyüblər.

Elə həmin vaxt otağa başqa bir polis əməkdaşı daxil olub və digər polislərər deyib ki, “Vurmayın uşaqdır, bir səhvdir edib”. Başqa bir polis gəlib onu xəsarət almış görüb soruşub ki, bu uşağı kim döyüb bu günə qoyub?” sonra xəsarətlərinə baxıb. Baş verənlərdən təxminən 3 saat sonra işgəncəyə məruz qalan Şəmsi Həmidovun üst-başını təmizləyərək polis rəisinin kabinetinə aparıblar. Orada polis rəisi Sənan Əsədov soruşub ki, “Niyə belə iş tutursan?, polislərlə düşmənçiliyinmi var?”.

Əlavə olaraq soruşub ki, “sənin nəslində polisə düşən adam varmı?”. Rəis “yox” cavabını aldıqdan sonra sual edib ki, “Bəs niyə belə hərəkət edirsən?”. Sonra onu yenidən döyüldüyü kabinetə qaytarıblar. Orada onun mobil telefonunu özlərində saxlayaraq onu sərbəst buraxıblar. Hal-hazırda işgəncəyə məruz qalmış Şəmsi Həmidovun üzündə, sol gözündə, kürəyində, böyründə, qolunda və ayağında xəsarətlər var. Həmçinin onun cinsiyyət orqanına təpiklə ağır zərbə də vurublar. Ağrılardan nəfəs alması çətinləşib və axsayaraq hərəkət edir.

 

Bu barədə Göyçay rayon Polis Şöbəsindən bildirildi ki, Ş.Həmidov internetdə yersiz paylaşımlar etdiyi üçün polisə gətirilib. Burda ona xəbərdarlıq edilib və internetdə etdiyi paylaşımlara son qoyması deyilib. Ona işgəncə verilməsi faktl isə polis tərəfindən təkzib edildi. Bildirildi ki, hazırda şöbədə araşdırma aparılır.

http://www.criminal.az/newsphotosession/2017/01/20/xisgence.jpg.pagespeed.ic.xgOc-Beyvg.webp

http://www.criminal.az/newsphotosession/2017/01/20/xisgence-polis.jpg.pagespeed.ic.rmBcI0i5st.webp

http://www.criminal.az/newsphotosession/2017/01/20/xisgence-rayon.jpg.pagespeed.ic.G92o_PDKgN.webp

ŞƏRH YAZ
Ad

E-mail

Şərh