Bakıda ölümlə nəticələnən qəza olub

Qəzalar 20 Yanvar 2017 13:06 Oxunub 1021
Bakıda ölümlə nəticələnən qəza olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Paytaxtın Nərimanov rayonunun Ziya Bünyadov prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 20-də saat 1 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Masallı rayon sakini Ceyhun Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Oqtay Gülmalıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

Nərimanov RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh