Lənkəran-Lerik yolunda torpaq sürüşməsi aktivləşib

Gündəm 20 Yanvar 2017 13:07 Oxunub 937
Lənkəran-Lerik yolunda torpaq sürüşməsi aktivləşib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda rayonda yağıntılı hava şəraiti müşahidə olunur

Yağıntılı hava şəraiti Lənkəran-Lerik yolundakı sürüşmə sahəsində yenidən aktivlik yaradıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hazırda sözügedən yolun 17, 18, 20, 22, 23, 27, 33, 41, 45-ci kilometrliklərində yolun hər iki tərəfindəki torpaq qatında mütəmadi sürüşmə gedir və yola qaya parçaları, daş, böyük həcmdə gil və torpaq qatı tökülür.

 

Ən gərgin vəziyyət isə yolun 23 və 46-cı kilometrliklərində yaranıb. Bu ərazidə torpaq qatı böyük kütlə şəklində sürüşərək yolun hərəkət hissəsində nəqliyyatın hərəkəti üçün maneələr yaradır. Yolda hərəkətin intensivliyini təmin etmək məqsədilə 43 saylı Yol istismar idarəsinin qüvvəsi gücləndirilmiş iş rejimində çalışır. Yolda mütəmadi təmizləmə işləri həyata keçirilir. Hazırda rayonda yağıntılı hava şəraiti müşahidə olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh