Gecə vaxtı taksiyə silahlı hücum: ölən və yaralılar var - VİDEO

Gündəm 20 Yanvar 2017 14:59 Oxunub 1378
Gecə vaxtı taksiyə silahlı hücum: ölən və yaralılar var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hücumu həyata keçirən digər 2 şübhəlinin tutulması üçün isə işlər davam edir

Ankarada naməlum şəxslər bir taksidəki sərnişinlərə silahlı hücum ediblər. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, silahlılar taksidə olan sərnişinlərdən bir nəfəri öldürüb, ikisini isə yaralayıblar. Hadisə gecə 12 radələrində Mamakda meydana gəlib. Əldə edilən məlumatlara görə, yaralılar təcili tibbi yardımla Ankaranın müxtəlif xəstəxanalarına aparılıblar.

Polis qrupları avtomobilin ətrafını lent çəkərək bağlayıblar. İlkin araşdırma zamanı hücuma uğrayan avtomobilə 13 atəş açıldığı məlum olub.

 

Cinayətkarları tutmaq üçün geniş həcmli axtarışlara başlayn polislər ətrafdakı şübhəli avtomobillərdə axtarış aparıblar. Hadisə şahidlərinin xəbərinə əsasən, 06 DH 3479 nömrəli avtomobil saxlanılaraq axtarış edilib. Avtomobildə olan 2 şübhəli tutularaq nəzarətə götürülüb. Hücumu həyata keçirən digər 2 şübhəlinin tutulması üçün isə işlər davam edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh