Şahdağa istirahətə gedən ailə qəzaya düşdü

Qəzalar 20 Yanvar 2017 19:15 Oxunub 1295
Şahdağa istirahətə gedən ailə qəzaya düşdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolun sürüşkən olması səbəbindən qəza baş verib

Bakı şəhəri sakini, 1981-ci il təvəllüdlü, Əfəndiyev Rəşid Fərhad oğlu həyat yoldaşı və iki övladı ilə Şahdağa istirahətə gedərkən Qusar rayonu Çiləgir kəndi ərazisində yolun sürüşkən olması səbəbindən avtomobili ilə qəza törədib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə yerinə çağırılan təcili tibbi yardım vasitəsilə Qusar Rayon Mərkəzi Xəstəxanasına gətirilən R.Əfəndiyevə "kəllə əsasının sınığı" diaqnozu qoyulub. O, tibbi sığortalı olduğundan müalicəsini davam etdirmək üçün öz istəyi ilə özəl klinikalarda birinə göndərilib.

Məlumata görə, hadisə zamanı avtomobildəki digər sərnişinlər xəsarət almayıb.

 

Faktla bağlı Qusar Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh