Rayonlara qar yağdı, yollarda hərəkət çətinləşdi - FOTO

Gündəm 21 Yanvar 2017 00:27 Oxunub 3081
Rayonlara qar yağdı, yollarda hərəkət çətinləşdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dumanlı və qarlı hava sürücüləri yarı yolda qoyub

Ölkənin şimal-qərb bölgəsi ağ örpəyə büründü. Avtosfer.az ARB Şəkiyə istinadən xəbər verir ki, təkcə gecə saatlarında Şamaxıya 5, dağlıq kəndlərə isə 10 sm qar yağıb. Qarın yağmasına sevinənlər az deyil. Ancaq yağan qar magistral yollarda sürücülərə çətinlik yaratdı. Dumanlı və qarlı hava sürücüləri yarı yolda qoyub. Hava şəraitinin kəskin dəyişməsi Bakı-Şamaxı-Yevlax və Muğanlı-İsmayıllı magistral yollarına da təsirsiz ötüşməyib. Anidən başlayan qar, yola ehtiyyatsız çıxan sürücülər üçün çətin anlar yaşadıb. Maşınların hərəkəti məhdudlaşdırılmasa da qar səbəbindən yolun sürüşkən olması hərəkətə qismən mane olub. Muğanlı dolaylarında qarla yanaşı, havanın dumanlı olması da sürücülərin işini çətinə salıb. Yolun 2-4 və 7-ci km-dəki sərt yoxuşlarda hərəkət edə bilməyən sürücülər geri qayıtmaq məcburiyyətində qaıb. Səhər saatlarından etibarən yollara qum duz-qarışığı tökülüb yolun qardan təmizlənməsi işi aparılıb. Bununla belə qar yağışının davam etməsi və gecə saatlarına doğru şaxta düşməsi ehtimalını nəzərə alaraq sürücülərə bu yoldan istifadə edərkən ehtiyatlı olmaları məsləhət görülür.

Rayonlara qar yağdı, yollarda hərəkət çətinləşdi -  Foto

ŞƏRH YAZ
Ad

E-mail

Şərh