Saatlıda 46 yaşlı kişini avtomobil vurub

Qəzalar 21 Yanvar 2017 00:44 Oxunub 1076
Saatlıda 46 yaşlı kişini avtomobil vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Saatlıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Şəhərin Mirbəşir Qasımov küçəsində yaşayan 46 yaşlı Çingiz Behbud oğlu Yaqubovu minik avtomobili vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri almış yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərilib.  Yaralının vəziyyəti ağır olduğundan Bakıya göndəriləcəyi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.

 

"Report"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh