Yeniyetmələrin olduğu avtobus qəzaya düşdü: 16 ölü, 36 yaralı

Qəzalar 21 Yanvar 2017 11:45 Oxunub 816
Yeniyetmələrin olduğu avtobus qəzaya düşdü: 16 ölü, 36 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzanın detalları dəqiqləşdirilir

İtaliyada baş verən yol qəzasında 16 məktəbli ölüb, 36 nəfər xəsarət alıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bu barədə "Assosiated Press” İtaliya polisinə istinadən məlumat  yayıb.

Yanvarın 20-də axşam Verona şəhərində baş verən qəzanın detalları araşdırılır. Xilasetmə xidmətindən bildirilib ki, avtobus dirəyə çırpılıb, nəticədə yanğın başlayıb.

Məlumata görə, avtobusda macarıstanlı məktəblilər olub. Onlar İtaliyada səyahətlərini bitirib Fransaya qayıdırmışlar.

***

saat 09.58

İtaliyada baş verən yol qəzasında 7 nəfər ölüb, onlarla insan xəsarət alıb. Hadisə yanvarın 20-də axşam Verona şəhərində baş verib. Xilasetmə xidmətindən bildirilib ki, avtobus dirəyə çırpılıb, nəticədə yanğın başlayıb. Qəzanın detalları dəqiqləşdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh