Dənizində balıqçı qayığı batdı: 12 nəfər itkin düşüb

Qəzalar 21 Yanvar 2017 11:35 Oxunub 881
Dənizində balıqçı qayığı batdı: 12 nəfər itkin düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Hələlik balıqçılardan birinin cəsədi tapılıb

Şərqi Çin dənizində 13 balıqçının olduğu qayıq batıb. Avtosfer.az "Report"a isitnadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi xəbər verib.

Çinin Hərbi Dəniq Qüvvələrinin Şərqi donanmasının komanda məntəqəsindən agentliyə verilən məlumata görə, hadisə cümə gecəsi baş verib. Belə ki, hərbçilər Çzyansu vilayətində xilasedicilərə yardım etmək göstərişini alıblar.

 

Bundan sonra axtarış-xilasetmə əməliyyatına Hərbi Dəniz Qüvvələrinin iki gözətçi gəmisi və və bir pilotssuz aparat cəlb edilib. Hazırda balıqçılardan birinin cəsədi tapılıb. Digər 12 nəfərin axtarışı isə davam edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh