«Avtoş»lara xoş xəbər; sürməyə yeriniz olacaq

Avtoxəbər 10 Oktyabr 2014 14:53 Oxunub 1577
«Avtoş»lara xoş xəbər; sürməyə yeriniz olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Anar Ələkbərov: «AAF bütün imkanlarını səfərbər edib»

Yaxın vaxtlarda Bakının ətrafında sürət həvəskarları üçün meydança tikiləcək. Bu barədə mətbuata Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov məlumat verib. O deyib ki, ölkəmizdə Formula 1 idman növü üzrə peşəkar idmançıların, mütəxəssislərin hazırlanmasının və yüksək standartlara cavab verən idman infrastrukturunun yaradılması vacibdir. “AAF bunun üçün bütün imkanlarını səfərbər edib. Biz avtomobil idmanı növləri, klassik avtomobillərin təqdim olunması, offroad yarışları və müxtəlif klublara dəstək verilməsi istiqamətində işlər görürük. Həmçinin nəqliyyatda təhlükəsizlik və nəqliyyat turizmi sahəsində layihələr həyata keçiririk” – deyə Anar Ələkbərov vurğulayıb. O həmçinin bildirib ki, avtomobil həvəskarları üçün yaxın zamanlarda Bakının yaxınlığında xüsusi ərazinin ayrılması nəzərdə tutulub. Burada müxtəlif avtomobil idman növləri üzrə baza, klassik avtomobillər muzeyi və azarkeşlərin istifadəsi üçün zonaların yaradılması planlaşdırılır (faktxeber.com).

ŞƏRH YAZ
Ad

E-mail

Şərh