Sərnişin təyyarəsi qəza enişi edib

Qəzalar 21 Yanvar 2017 11:36 Oxunub 861
Sərnişin təyyarəsi qəza enişi edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə zamanı xəsarət alan olmayıb

Rusiyanın Vladivostok şəhərində A319 sərnişin təyyarəsi qəza enişi edib. Avtosfer.az xəbər verir ki, bu barədə "RİA Novosti" Fövqəladə Hallar Nazirliyinin regional saytına istinadən xəbər verib.

Məlumata görə, Vladivostok-Petropavlovsk-Kamçatsk istiqamətində uçan təyyarə səmada olarkən yanğın siqnalizasiyası işə düşüb. Lakin göyərtədə təhlükəli yük olmayıb.

Hadisə vaxtı təyyarənin göyərtəsində 100 sərnişin və 6 ekipaj üzvü olub. Hadisə zamanı xəsarət alan olmayıb.

 

Sərnişinlərin hamısı təyyarəni tərk edərək, digər təyyarə ilə Vladivostok-Petropavlovsk-Kamçatsk istiqamətində uçublar. Məlumatda həmçinin bildirilir ki, hazırda Vladivostok hava limanı öz işini davam etdirir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh