Vertolyot qəzaya düşdü: 3 yaralı

Qəzalar 21 Yanvar 2017 11:37 Oxunub 835
Vertolyot qəzaya düşdü: 3 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil

Çinin şərqində vertolyot qəzaya uğrayıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Dunfanvan" saytı xəbər verib.

Məlumata görə, hadisə Fuçzyan vilayətinin Çyuanqan şəhərinin Çzeşan kəndində qeydə alınıb.

 

Hadisə zamanı 3 nəfər xəsarət alıb. Şahidlər bildiriblər ki, onlar partlayış səsi eşidiblər. Daha sonra tüstü görüblər. Qəzanın baş verdiyi ərazi polis tərəfindən əhatəyə alınıb. Əraziyə yanğınsöndürənlər və xilasedicilər gəlib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh