Təyyarə qəzaya uğradı: 2 ölü, 2 yaralı

Qəzalar 21 Yanvar 2017 11:38 Oxunub 1005
Təyyarə qəzaya uğradı: 2 ölü, 2 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzanın başvermə səbəbi hələlik məlum deyil

Çilinin mərkəzi vilayətində kiçik təyyarə qəzaya uğrayıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat verib.

Məlumata görə, hadisə Araukaniya vilayətində qeydə alınıb. Hadisə zamanı 2 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

"24 Horas" portalı isə qeyd edib ki, hadisə zamanı ölənlərin 2-i də pilotlardır. Xəsarət almış iki sərnişin isə xəstəxanaya yerləşdirilib.

 

Qəzanın başvermə səbəbi hələlik məlum deyil.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh