"Bakı Metropoliteni" tender keçirir

Gündəm 21 Yanvar 2017 12:10 Oxunub 1193
"Bakı Metropoliteni" tender keçirir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İddiaçıların ay yarım vaxtı var

“Bakı Metropoliteni” QSC deratizasiya və dezinfeksiya işləri xidmətinin satın alınması üzrə açıq tender elan edib. Avtosfer.az xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, tenderdə iştirak haqqı 200 manatdır. İddiaçılar ilkin sənədləri fevralın 27-nə qədər, tender təklifini və bank zəmanətini isə martın 9-na qədər QSC-nin İcraya nəzarət, kargüzarlıq və təsərrüfat İşləri şöbəsinə (Bakı şəhəri, M.Rəfili küçəsi, 20 ünvanına) təqdim etməlidirlər.

 

Təkliflərə martın 10-da adı çəkilən ünvanda baxılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh