Polis Şöbəsinin qarşısında polis əməkdaşını avtomobil vurdu - Saatlıda

Qəzalar 21 Yanvar 2017 12:55 Oxunub 1131
Polis Şöbəsinin qarşısında polis əməkdaşını avtomobil vurdu - Saatlıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı ilk tibbi yardım aldıqdan sonra Bakıya göndərilib

Saatlı rayonunda yol-nəqliyyat qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Rayon Polis Şöbəsinin qarşısında qeydə alınıb. Belə ki, polis nəfəri olduğu deyilən Çingiz Yaqubov şöbənin qarşısından keçid zolağını keçmək istəyərkən “VAZ-2107” markalı avtomobil onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım aldıqdan sonra o, paytaxt Bakıya göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh