Ulduz futbolçunun maşınına hücum etdilər - FOTO

Gündəm 21 Yanvar 2017 13:30 Oxunub 888
Ulduz futbolçunun maşınına hücum etdilər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
London klubunun azarkeşləri futbolçunun evinin önündə maşınını kərpiclə yararsız hala salıblar

İngiltərənin “Vest Hem” klubundan qalmaq istəməyən və baş məşqçi Slovan Biliçə nə olursa-olsun gedəcəyini deyən Fransa millisinin üzvü Dmitri Payet hücuma məruz qalıb.

Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, London klubunun azarkeşləri futbolçunun evinin önündə maşınını kərpiclə yararsız hala salıblar. “Vest Hem”in U-23 komandasına göndərilən ulduz oyunçu komanda yoldaşları tərəfindən də etirazla qarşılanmışdı.

 

Qeyd edək ki, Dmitri Payet “Vest Hem” klubunun rəhbərliyinə və baş məşqçi Slovan Biliçə ya komandadan gedəcəyini, ya da London klubunun formasını geyinməmək üçün diz bağlarını qoparacağını bildirmişdi. 

http://www.qafqazinfo.az/newsphotosession/2017/01/21/d1.jpg

http://www.qafqazinfo.az/newsphotosession/2017/01/21/d2.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh