34 yaşlı qadın 36 tonluq tramvayı çəkdi – VİDEO+ FOTO

Avtoreyd 21 Yanvar 2017 14:08 Oxunub 3288
34 yaşlı qadın 36 tonluq tramvayı çəkdi – VİDEO+ FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qadın -20 dərəcə şaxtada içi dolu tramvayı tərpədib

Rusiyada qadın öz gücü ilə hamını heyran edə bilib. Avtosfer.az istipress-ə istinadən verdiyi məlumata görə, Sibir üçün -20 dərəcə temperatur adi haldır. Onlar bu havada adi həyatlarına asanlıqla davam edirlər. Bəziləri isə adi həyatda heç bir insanın görmədiklərini də edir.

Məsələn, Oksana Koşelyova. Qadın qar içində ümumi çəkisi 36 ton olan olan iki tramvay qatarını içindəki sərnişinlərlə birlikdə yerindən tərpədib. Qadın qatarları 5 metrə kimi irəli çəkib.

34 yaşlı Oksana peşəkar idmançıdır. O, pauerliftinqlə məşğul olur.

 

Bu onun qatara dartması ilə bağlı ikinci rekordudur. Bundan öncə o 17,5 tonluq bir vaqonu yerindən tərpədə bilmişdi. Bundan əlavə, Oksana 10 tonluq "Kamaz" markalı maşını tək, 64 tonluq "Kalmar Global"ı başqa bir qadın idmançı ilə dartıb. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh