Azərbaycan və Küveyt arasında çarter reyslərinin həyata keçirilməsinə başlanılıb

Gündəm 21 Yanvar 2017 15:49 Oxunub 916
Azərbaycan və Küveyt arasında çarter reyslərinin həyata keçirilməsinə başlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reysləri Azərbaycan Hava Yolları şirkəti və Küveytin “Əl-Kazimi Şirkətlər Qrupu” yerini yetirir

Azərbaycan və Küveyt arasında ötən il noyabrın 16-da imzalanmış “Hava əlaqəsi haqqında saziş”ə uyğun olaraq bu il, yanvarın 20-dən “Azərbaycan Hava Yolları” (AZAL) QSC iki ölkə arasında çarter reysləri həyata keçirməyə başlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Küveytdəki səfirliyindən bildirilib. Məlumata görə, ötən gün, həmçinin Küveytin “Əl-Cəzirə” aviaşirkətinə məxsus təyyarə də Azərbaycana ilk çarter reysi həyata keçirib. Bu münasibətlə Küveytdə təntənəli mərasim keçirilib. Mərasimdə Küveyt mülki aviasiya şirkətinin, “Əl-Kazimi Şirkətlər Qrupu”nun nümayəndələri və Azərbaycan səfirliyinin əməkdaşları iştirak edib. Tədbirdə müvəqqəti işlər vəkili Cavid Musayev və “Əl-Kazimi Şirkətlər Qrupu”nun prezidenti çıxış edib. Çıxışlarda iki ölkə arasında birbaşa təyyarə reyslərinin fəaliyyətə başlamasının nəinki turizm sahəsinə, ümumilikdə ölkələr arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcəyi vurğulanıb.

 

“Əl-Kazimi Şirkətlər Qrupu” ilə əldə edilmiş razılığa əsasən, növbəti çarter reysləri bu ilin fevral, aprel, iyun, iyul və avqust aylarında bir dəfə olaraq həyata keçiriləcək.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh