Avtomobil dayanacaqda duran iki nəfəri vurdu - Lənkəranda

Qəzalar 21 Yanvar 2017 15:50 Oxunub 981
Avtomobil dayanacaqda duran iki nəfəri vurdu - Lənkəranda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılardan biri şəhid atasıdır

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Osaküçə-Sinovlu yolunda qeydə alınıb. Belə ki, "OKA" markalı avtomaşın avtobus dayanacağında olan iki nəfəri - Bağırov Rövşən Ağamirzə oğlu və Məhərrəmova Təranə Mirzəbala qızını vurub. Zərərçəkənlər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. R.Bağırova aşağı ətrafların sınığı diaqnozu qoyulub, onun vəziyyəti hazırda orta-ağır kimi qiymətləndirilir. Hadisəni törədənin kimliyi məlum deyil. Qeyd edək ki, Osaküçə kənd sakini R.Bağırov şəhid atasıdır. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh