Zəncirvari qəza: 3 nəfər xəsarət alıb - Xaçmazda

Qəzalar 21 Yanvar 2017 15:53 Oxunub 1307
Zəncirvari qəza: 3 nəfər xəsarət alıb - Xaçmazda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalar davam etdirilir

Xaçmaz rayonunda zəncirvari yol qəzası baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunun 7-ci km-də qeydə alınıb. “Ford”, “Toyota”, “Mercedes” və “VAZ 21011” markalı maşınlar toqquşub. Nəticədə “Vaz 21011” markalı avtomobilinin sürücüsü və 2 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Qubanın Ağbil kənd sakinləri 1981-ci il təvəllüdlü Məmmədov Rahim Ramiz oğlu, 1990-cı il təvəllüdlü Zeynalova Leyla Hacıbaba qızı və azyaşlı, 2011-ci il təvəllüdlü Zeynallı Sənan Həbibulla oğludur. Hər üç şəxsin vəziyyəti orta-ağırdır. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh