Mikroavtobus piyadanı vurdu - Lənkəranda

Qəzalar 22 Yanvar 2017 14:22 Oxunub 953
Mikroavtobus piyadanı vurdu - Lənkəranda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralıya aşağı ətrafların sınığı diaqnozu qoyulub

Lənkəran rayonunda mikroavtobus piyadanı vurub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xarxatan kəndi ərazisində qeydə alınıb. "Qazel" markalı mikroavtobus 1955-ci il təvəllüdlü Murad Dadaşovu vurub.

Hadisə nəticəsində ağır bədən xəsarətləri alan M.Dadaşov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralıya aşağı ətrafların sınığı diaqnozu qoyulub.

Sürücünün şəxsiyyəti məlum deyil.

 

Faktla bağlı Lənkəran rayon Polis şöbəsində araşdırmalara başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh