İnkassator maşınından oğurluq edən şəxs saxlanıldı

Gündəm 22 Yanvar 2017 14:24 Oxunub 1005
İnkassator maşınından oğurluq edən şəxs saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hələlik oğurlanmış qızıl tapılmayıb

Ekvadorda Nyu-Yorkda zirehli inkassator maşınından içərisində 36 kq qızıl olan konteyneri oğurlamaqda təqsirləndirilən şəxs saxlanılıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu konteynerdə olan qızılın dəyəri 1,6 milyon dollardır. Hələlik oğurlanmış qızıl tapılmayıb. 53 yaşlı Xulio Nivelo Ekvadorun qərb hissəsində saxlanılıb. Ancaq onun vəkilləri cinayət zamanı X.Nivelonun ümumiyyətlə, ABŞ-da olmadığını iddia edir.

 

Qeyd edək ki, oğurluq hadisəsi ötən il sentyabrın 29-da Manhetten ən hərəkətli bölgələrindən olan Midtaunda baş verib. Videogörüntülərdən aydın görünür ki, inkassator maşını bir müddət nəzarətsiz qalıb və cinayətkarlara oğurluq hadisəsini törətmək üçün cəmi 20 saniyə bəs edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh