Dəhşətli qatar qəzası: 39 ölü, 50 yaralı - FOTO+VIDEO

Qəzalar 22 Yanvar 2017 14:50 Oxunub 2765
Dəhşətli qatar qəzası: 39 ölü, 50 yaralı - FOTO+VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xilasetmə işləri demək olar ki, başa çatıb

Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Hindustan Times" nəşri yazıb. "Xilasetmə işləri demək olar ki, başa çatıb. Bizim birinci dərəcəli vəzifəmiz yaralı sərnişinlərin qayğısına qalmaq və onları xəstəxanalarda lazımi müalicə ilə təmin etməkdir. Biz eyni zamanda bütün vaqonlarda axtarışları davam etdiririk ki, onlarda kiminsə qalmadığına əmin olaq", — deyə ölkənin dəmiryol xidmətinin nümayəndəsi bildirib.

***09:15

Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb, təqribən 50 nəfər yaralanıb. Bu barədə yerli hakimiyyət orqanlarına istinadən ANI agentliyi məlumat yayıb.

Bundan əvvəl ölənlərin 23 nəfər olduğu bildirilirdi. İnsident Orissa və Andxra-Pradeş ştatlarının sərhədində baş verib. Qəza nəticəsində sürətli qatarın 7 vaqonu və lokomotivi relsdən çıxıb. Qatarda ümumilikdə 22 vaqon olub. Qatar Caqdalpur şəhərindən Orissanın paytaxtı Bxubaneşvara gedirmiş.

 

İnsidentin səbəbləri hələ məlum deyil.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh