Təcili yardım maşınları üçün ehtiyat hissələri alır - Səhiyyə Nazirliyi

Gündəm 22 Yanvar 2017 14:29 Oxunub 1065
Təcili yardım maşınları üçün ehtiyat hissələri alır - Səhiyyə Nazirliyi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tender 2 lot üzrə keçirilir

Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası açıq tender elan edir. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, tender 2 lot üzrə keçirilir. 1-ci lotda "Mercedes-Vito" və "Mercedes-Sprinter" avtomaşınları üçün ehtiyat hissələrinin, 2-ci lotda isə "Mercedes-Vito" və "Mercedes-Sprinter" avtomaşınları üçün avtoşinlərin və akkumulyatorların satın alınması nəzərdə tutulur.

Tender iştirakçılarına təklif edilir ki, öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

 

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər hər lot üzrə 100 manat məbləğində iştirak haqqını ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəh.F.İbrahimbəyov küç.43 (Əlaqələndirici şəxs: S.Ağayevdən, telefon :012-594-74-72) ünvanından ala bilərlər .

ŞƏRH YAZ
Ad

E-mail

Şərh