BMW ilə narkotik daşıyırdı

Gündəm 22 Yanvar 2017 14:49 Oxunub 1228
BMW ilə narkotik daşıyırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Lənkəran sakinindən 2 kq-dan artıq narkotik maddə götürülüb. Avtosfer.az "Report"a istinadən bildirir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının Səpnəkəran kəndində həyata keçirdikləri əməliyyat zamanı "BMW" markalı "90-CA-666" dövlət qeydiyyat nişanlı avtomaşın saxlanılıb.

Baxış zamanı həmin maşında sərnişin qismində olan 1981-ci il təvəllüdlü Lənkəran şəhər sakini Məmmədov Aqşin Aslan oğluna aid olduğu bildirilən bağlamada narkotik vasitə hesab olunan 2 kq-dan artıq tiryək və güclü təsiredici xüsusiyyətlərə malik olan həblər aşkar edilərək götürülüb. Narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirməkdə şübhəli bilinən hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Narkotik maddə hesab edilərək maddi sübut kimi götürülən bağlama ekspertizaya təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh