Sürücünü öldürüb maşınını qaçıran şəxs Gürcüstana gedərkən tutuldu - Şəmkirdə

Gündəm 22 Yanvar 2017 14:51 Oxunub 1297
Sürücünü öldürüb maşınını qaçıran şəxs Gürcüstana gedərkən tutuldu - Şəmkirdə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Eşqin Murtuzov Sınıq Körpü Gömrük Məntəqəsində saxlanılıb

Bir neçə gün öncə Şəmkirdə sürücünü öldürüb avtomaşınını qaçıran şəxs ölkəni tərk etmək istəyərkən saxlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Şəmkir rayon Polis şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, yanvarın 17-də Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü sürücü Babayev Namiq Əli oğlunu bıçaqlayaraq ona məxsus avtomobili qaçıran Şəmkir rayon Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü Eşqin Murtuzov Gürcüstana keçmək istəyərkən "Sınıq Körpü" Gömrük Məntəqəsində saxlanılıb.

E.Murtuzovun bıçaqladığı şəxs 2 gün əvvəl yerləşdirildiyi xəstəxanada ölüb.

Qaçırılan "VAZ-2107" markalı avtomobil Şəmkir rayon Seyfəli kənd sakini, maşın ustası Kamal Kərimovda aşkarlanıb. Polisə ifadə verən K.Kərimov isə maşını həmkəndlisi Eşqin Murtuzovan aldığını bildirib.

 

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma davam etdirilir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh