Şamaxıya yagan qar magistral yolda çətinliklər yaradıb

Gündəm 23 Yanvar 2017 00:04 Oxunub 1237
Şamaxıya yagan qar magistral yolda çətinliklər yaradıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil yolunun enişli-yoxuşlu olması nəqliyyat vasitələrinin yolda qalmasına səbəb olub

Axşam saatlarında Şamaxı rayonuna yagan qar səbəbindən magistral yolda avtomobillərin hərəkətində problemlər yaranıb. Bakı-Şamaxı-Yevlax magistral yolunun Şamaxı rayonunun Muğanlı və Şərədil kəndlərindən keçən hissəsində hərəkət edən nəqliyyat vasitələri maneələrlə üzləşiblər. Ərazidəki avtomobil yolunun enişli-yoxuşlu olması bəzi nəqliyyat vasitələrinin yolda qalmasına səbəb olub. Əraziyə "Azəravtoyol" ASC-nin Şamaxı və Ağsu rayon idarələrinin qartəmizləyən texnikaları cəlb edilib və yolların qardan təmizlənməsinə başlanılıb.

Hazırda avtomobillərin hərəkəti qismən bərpa olunub.

 

"Report"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh