Evlərdən və avtomobillərdən oğurluq edənlər saxlanılıb - FOTO

Gündəm 23 Yanvar 2017 00:54 Oxunub 1265
Evlərdən və avtomobillərdən oğurluq edənlər saxlanılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər üç şəxs saxlanılıb və oğurlanmış əşyalar onlardan götürülüb

Balakən rayonunda evlərdən və avtomobillərdən oğurluq edən rayon sakinləri saxlanılıb. Balakən rayonu Katex və Kortala kəndlərindən olan bir qrup sakin yaşadıqları evlərin həyətyanı sahələrindən təsərrüfat əşyalarının və avtomobillərin ehtiyat hissələrinin oğurlanması barədə Balakən Rayon Polis Şöbəsinə müraciət ediblər. RPŞ-nin əməkdaşları apardıqları axtarış-əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərinin Hənifə kənd sakini, 25 yaşlı Elçin Musayev, Qaravəli kənd sakini, 21 yaşlı Mirvan Qurbanov və Tülü kənd sakini, 23 yaşlı Rəsul İsmayılov tərəfindən törədilməsi müəyyən edilib. Hər üç şəxs saxlanılıb, oğurlanmış əşyalar onlardan götürülərək maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı Balakən RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb. Şübhəli  şəxslərin digər cinayətlərdə iştirak edib-etməmələri araşdırılır.

 

"Report"

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh