Bu vəziyyətdə yük avtomobilini ötmək olarmı? – DOĞRU CAVAB

Yarışma 23 Yanvar 2017 08:31 Oxunub 6065
Bu vəziyyətdə yük avtomobilini ötmək olarmı? – DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual ötmə qaydaları ilə bağlı idi. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belə idi:

Bu vəziyyətdə yük avtomobilini ötmək olarmı?

a)  Ötməni yolayrıcına qədər tam başa çatdırmaq mükün olacaqsa, olar;

b) Ötməni yolayrıcına qədər başa çatdırmaq mükün olmasa da, olar;

c) Heç bir halda olmaz.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 51-ci maddəsinin V hissəsinin 1-ci bəndi  baş yolla hərəkət edərkən  nizamlanmayan yolayrıclarında ötməyə yol verir. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Bu vəziyyətdə ötməni yolayrıcına qədər başa çatdırmaq mükün olmasa da, yük avtomobilini ötmək olar.

Suala ilk doğru cavabı Raqif adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün (Smsradar.az) 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

Avtosfer.az

 

 http://avtosfer.az/upload/news/ea369f.jpg

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh