Etibarnamənin müddəti bitdikdə avtomobilin əvvəlki sahibini necə tapmaq olar? - VİDEO

Yazarlar 23 Yanvar 2017 02:34 Oxunub 9805
Etibarnamənin müddəti bitdikdə avtomobilin əvvəlki sahibini necə tapmaq olar? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Etibarnamənin müddəti bitdi - 7 ildir ki, avtomobilin əvvəlki sahibini axtarır

Etibarnamənin müddəti 7 ildir ki, bitib. Avtomobilin əvvəlki sahibini də tapa bilmir ki, yeni etibarnamə alsın. Kəlbəcərdən məcburi köçkün olan və Goranboyda məskunlaşan Səyyar Məmmədov 2008-ci ildə paytaxta sakini Vasif Əskərovdan minik avtomobili alıb. 1 il sonra isə etibarnamənin müddəti bitib. Səyyar Məmmədov yenidən etibarnamə almaq üçün hımin şəxsi axtarsa da, yaşadığı ünvanda tapa bilməyib. 7 ildir ki, avtomobilin əvvəlki sahibini axtaran Səyyar Məmmədov maşını öz adına qeydiyyata saldıra bilmir. Səyyar Məmmədov etibarnamə olmadığı üçün bir çox çətinliklərlə üzləşdiyini deyir. Avtomobillə yaşadığı qəsəbədən kənara çıxa bilmədiyini və dəfələrlə cərimələndiyini də bildirir.

Ekspertlər isə bildirirlər ki, Səyyar Məmmədov Daxili İşlər Nazirliyinin Mlli Avtomatlaşdırılmış Pasport sistemi üzrə məlumat şöbəsinə müraciət edərək həmin şəxsin ünvanını əldə edə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Mensur 1 Fevral 2019 18:44
BAKI