Sərnişinlərin nəzərinə - Məlumat terminalları işə düşdü - VİDEO

Yeniliklər 23 Yanvar 2017 02:37 Oxunub 1375
Sərnişinlərin nəzərinə - Məlumat terminalları işə düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paytaxtda xidmət göstərən sərnişin avtobusları bu terminallara inteqrasiya edilib

Bakıda sərnişinlərə xidmət göstərən bütün sərnişin avtobuslarında GPS sistemi quraşdırılıb. Yeni sistemin sayəsində paytaxtda hərəkət edən bütün sərnişin avtobuslarına tam nəzarət etmək mümkün olacaq. Yeni sistemlə birlikdə dayanacaqlara quraşdırılan avtobus məlumat terminalları da işə salınıb. Sürücülərin dediyinə görə, yeni sistem onların da işinə müsbət təsir edib.

Yeni sistem vasitəsi ilə sürət həddini aşan, intervala əməl etməyən sürücülər asanlıqla müəyyən ediləcək. Bununla da avtobusların iştirakı ilə baş verən qəzaların sayının azalmasına gözlənilir.

Agentliyin şöbə müdiri Mais Ağayevin sözlərinə görə, heç bir sürücü və ya sahibkar avtobuslara quraşdırılmış GPS sisteminə kənardan müdaxilə edə bilməyəcəklər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh