Zaqatalada maşın piyadanı vurub öldürdü

Qəzalar 23 Yanvar 2017 03:19 Oxunub 1436
Zaqatalada maşın piyadanı vurub öldürdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə yanvarın 22-i axşam saat 19 radələrində rayonun Əliabad qəsəbəsi ərazisində baş verib. Əliabad qəsəbə sakini, Samiq Mahma oğlu Muradov idarə etdiyi “VAZ 21074” markalı avtomobillə hərəkətdə olarkən yolu sərxoş halda keçmək istəyən piyada 1955-ci il təvəllüdlü Ramiz Ağabala oğlu Ağaməmmədovu vurub. R.Ağaməmmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.

 

APA

ŞƏRH YAZ
Ad

E-mail

Şərh