Salyanda 5 yaşayış məntəqəsini birləşdirən yeni yol çəkildi – FOTO+VİDEO

Yeniliklər 23 Yanvar 2017 11:05 Oxunub 1126
Salyanda 5 yaşayış məntəqəsini birləşdirən yeni yol çəkildi – FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil yolu 5 mindən çox əhaliyə xidmət edəcək

Salyan rayonunda Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi yekunlaşıb. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a istinadən xəbər verir ki, ümumi uzunluğu 19 km olan yolun 6,2 km-i Azərbaycan Prezidentinin sərəncamlarına əsasən ayrılan vəsait hesabına yerli icra hakimiyyəti tərəfindən yenidən qurulub. Yolun qalan 12,8 km-nin yenidən qurulmasını “Azəravtoyol” həyata keçirib. "Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolu torpaq və çınqıl örtüklü olduğu üçün xüsusən payız-qış mövsümündə vətəndaşların gediş-gəlişində problemlər yaşanırdı. Bu problemin həlli üçün cəmiyyət tərəfindən yolun sözügedən hissəsinin tikintisi işləri texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə aparılıb", - deyə məlumatda qeyd edilib.

Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Aparılan yenidənqurma işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Bunun əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirilib. Ərazidə qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət yol geyiminin əsasının tikintisi işləri aparılıb. Buna paralel olaraq yola ikiqat olmaqla asfalt-beton örtüyü döşənib. Ümumilikdə, 157 min kv. metr ərazi asfaltlanıb.

Layihəyə uyğun olaraq yol yatağının eni 10 metr təşkil edir. Buraya 6 metr yolun hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metr olmaqla çiyinlər daxildir. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə suötürücü boruların tikintisi işləri də aparılıb. Tikinti işləri bitdikdən sonra yolda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə 48 ədəd yol nişanları quraşdırılıb, yola 12,8 km uzunluğunda üfiqi nişanlama xətləri də çəkilib.

Qeyd edək ki, Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi 5 mindən çox əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirəcək.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh